Ermənistan Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Eduard Asryan AB-nin texniki qiymətləndirmə missiyasının üzvləri ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Asryan görüş zamanı Ermənistan MN-in missiyanı dəstəklədiyini və əməkdaşlığa hazır olduğunu bildirib, sentyabr toqquşmaları haqda danışıb.
Missiya nümayəndıləri əsas hədəf və tapşırıqları barədə məlumat veriblər.
Tərəflər digər texniki məsələləri müzakirə ediblər.
Qeyd edək ki, oktyabrın 7-də Çexiyanın paytaxtı Praqadakı dördtərəfli görüşdə mülki missiya barədə qərar verilib. Azərbaycan tərəfi mülki missiyanı öz ərazisinə buraxmayıb, amma Ermənistan tərəfdən missiyanın fəaliyyətini qarşı tərəfin öz qərarı hesab edib.
Beləliklə, “mülki” adı verilən AB missiyası cəmi 6 gündən sonra İrəvana gəlib. Missiya 40 nəfərlik razılaşdırılsa da, sonradan 50 nəfərdən ibarət olduğu üzə çıxıb.