AB-nin İrəvandakı nümayəndəsi Türkiyə ilə sərhəddə

AB-nin İrəvandakı nümayəndəsi Türkiyə ilə sərhəddə

Avropa Birliyinin (AB) Ermənistandakı nümayəndəsi Vasilis Maraqos və ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan Türkiyə ilə sərhədə gedib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Badasyan AB nümayəndəsini əsaslı təmiri başa çatmış “Marqara” nəzarət-buraxılış məntəqəsini göstərib, eləcə məntəqənin infrastrukturu və fəaliyyətinin təşkili qaydaları ilə tanış edib.

Bildirilib ki, “Marqara” nəzarət-buraxılış məntəqəsində dövlət sərhəd nəzarəti “vahid pəncərə” sistemi üzərindən kompleks sərhəd idarəetmə prinsipi əsasında həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyə və Ermənistan arasında sərhədlər 1993-cü ildən bağlıdır.

Teqlər: