AB-nin İrəvandakı missiyası kəşfiyyat üçün… – Səfir

AB-nin İrəvandakı missiyası kəşfiyyat üçün… – Səfir

Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyası faktiki olaraq Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “RİA Novosti”yə müsahibəsində deyib.

O bildirib ki, ABŞ və müttəfiqləri Ukrayna və bir sıra dövlətlərdə mövcud marionet hakimiyyətlər vasitəsilə Rusiyanın qonşuluğundakı münaqişə ocaqlarını alovlandırmaq üçün istənilən addımlara hazırdır:

“Bu regiona müdaxiləyə, məsələn, AB-nin Ermənistandakı müşahidə missiyasını göstərmək olar. Kanadadan olan “ekspertin” də onun tərkibinə daxil edilməsi ilə bu missiya NATO-nun naməlum məqsədlərə xidmət edən əməliyyatına çevrilib. Bu müşahidə missiyasının məxfiliyi və nə Ermənistana, nə də Azərbaycana tabe olması onun Qərbin hibrid müharibə aləti olduğunu deməyə əsas verir. Faktiki olaraq bu missiya Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqla məşğuldur”.

Teqlər: