AB-nin Ermənistandakı missiyası hərbi kontingentdir?

AB-nin Ermənistandakı missiyası hərbi kontingentdir?

Avropa Birliyinin (AB) Ermənistandakı missiyası mülki deyil, hərbi kontingentə bənzəyir.

AzerTimes Report-a istinadən xəbər verir ki, missiyanın rəhbəri 2020-ci ildən Ştutqart Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışan almaniyalı Markus Ritter olacaq.

Bildirilib ki, xidmət etdiyi qurumlar onun polis deyil, daha çox hərbçi olduğunu göstərir. Belə ki, M.Ritter AB-nin İraqdakı konsultasiya missiyasına rəhbərlik edib, Cənubi Sudan, Gürcüstan və Kosovoda AB və BMT missiyalarında xidmət edib, həmçinin Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub.

Qeyd edilib ki, almaniyalı təmsilçinin missiyanın rəhbəri təyin edilməsi Berlin və Paris arasında razılaşdırılmış oyunun nəticəsidir, çünki bu mərhələdə Fransa kölgədə qalmaq istəyir.

Teqlər: