Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya ikinci rübdə iqtisadi artımın bir qədər yavaşlaması səbəbindən tənəzzülə uğraya bilər.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, ölkə iqtisadiyyatı ikinci rübdə 7,3% artımla rəsmi olaraq durğunluq nümayiş etdirib. “Credit Suisse” və “Deutsche Bank”ın iqtisadçıları ilin ikinci yarısından ən azı bahara qədər ölkənin ümumi daxili məhsulunun rüblük azalacağını proqnozlaşdırıb.