AB-nin bu sanksiyasına qoşulmayacağıq – Siyarto

AB-nin bu sanksiyasına qoşulmayacağıq – Siyarto

Avropa Birliyi Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalar tətbiq etmək cəhdlərinə davam edəcək. Lakin Macarıstan heç vaxt bununla razılaşmayacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Biz çox mübarizə aparmalı idik. Nüvə sənayesi sanksiyalara məruz qalmasın deyə gələcəkdə də çox gərgin mübarizə aparmalı olacağıq. Avropa Birliyinə üzv olan bəzi dövlətlər ümidsiz şəkildə “Rosatom”a, onun tərəfdaşlarına, şirkət rəhbərlərinə qarşı sanksiya təşəbbüsləri irəli sürür. Həmçinin, onlar Rusiya ilə AB-yə üzv dövlətlər arasındakı nüvə əməkdaşlığını məhdudlaşdırmağa çalışırlar”, – Siyarto bildirib.

Teqlər: