Avropa Birliyinin (AB) vahidliyini qorumaq getdikcə çətinləşir.
AzerTimes xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqlara başlamaq məsələsinin müzakirə ediləcəyi sammiti şərh edərkən deyib.
“AB-nin birliyi Rusiya-Ukrayna münaqişəsi başlayandan sual altına alınıb, lakin indiyədək onu qorumaq mümkün olub”, – o bildirib.