AB-nin Azərbaycanla sərhəddə nə iş gördüyünü bilirik

AB-nin Azərbaycanla sərhəddə nə iş gördüyünü bilirik

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan növbəti dəfə faktları təhrif edir.

AzerTimes xəbər verir ki, bu sözləri həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibinin sərhəddə yerləşən Nerkin-Hand kəndi yaxınlığında baş vermiş insidentlə bağlı bəyanatını şərh edərkən deyib.

“Biz bu cür bəyanatları müstəsna olaraq mənfi qiymətləndiririk. Bu, ilk dəfə deyil ki, Təhlükəsizlik Şurasının katibi Qərbdə kiminsə xoşuna gəlmək üçün faktları təhrif edir. Ola bilsin ki, Rusiyanı tənqid etmək üçün hansısa səbəb axtarır. Nerkin-Hand bölgəsində heç bir rus hərbçisi yoxdur. Orada erməni tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə FTX Sərhəd Xidmətinin postu yerləşdirilib. Amma eyni zamanda, indi bildiyimiz kimi, Ermənistanda təxribatların qarşısının alınması və sərhəd bölgəsində atəşkəsin qorunması tapşırığı ilə bağlı araşdırma aparılır. Biz Rusiya sərhədçilərini ləkələmək cəhdlərini əks-məhsuldar hesab edirik, çünki onlar 30 ildir respublikanın sərhədlərini qoruyurlar və lazımlı olduqlarını dəfələrlə sübut ediblər. Sərhədçilərimizdən fərqli olaraq, AB-nin psevdomüşahidəçiləri orda çağırıldıqları işi görmürlər. Onların əsas məşğuliyyəti Rusiya və İranla bağlı kəşfiyyat fəaliyyətidir. Və təbii ki, bir az özlərini piar etmək”, – Zaxarova qeyd edib.

Xatırladaq ki, Armen Qriqoryan Rusiya tərəfinin Nerkin-Hand kəndi yaxınlığındakı şəxsi heyətlə son insidentin qarşısını ala bilmədiyini bildirmişdi.

Teqlər: