AB-nin Azərbaycanın daxili işlərinə qarışması… – Bəyanat

AB-nin Azərbaycanın daxili işlərinə qarışması… – Bəyanat

Avropa Birliyinin (AB) nümayəndəsi ATƏT-in Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb.

AzerTimes xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

“AB-nin Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir.

Bu kimi qərəzli açıqlamalar AB-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir”, – bəyanatda vurğulanıb.

Teqlər: