Avropa Birliyi (AB) Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOVAS) Nigerdə demokratiyanı bərpa etmək səylərinə dəstək olaraq bu ölkəyə qarşı sanksiyalar hazırlayır.
AzerTimes xəbər verir ki, bu barədə AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.
“AB ECOVAS dövlət başçılarının avqustun 10-da Nigerdəki vəziyyətlə bağlı ikinci fövqəladə sammitində qəbul etdiyi qərarları, xüsusən də mövcud böhranın diplomatik həllini axtarmaq istəyini alqışlayır. Avropa İttifaqı ECOVAS-ın göstərdiyi səyləri tam dəstəkləyir və Nigerin yeni rəhbərliyinə qarşı fərdi sanksiyaların tətbiq etməklə onların praktikada həyata keçirilməsinə töhfə verməyə hazırlaşır”, – AB-nin ali nümayəndəsi qeyd edib.