Ermənistan-Azərbaycan məsələsi noyabrın 13-də Avropa Birliyinə (AB) üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, vaxt məhdudiyyətinə görə, AB-yə üzv ölkələrin xarici işlər nazirlərinin dünənki görüşündə Ermənistan-Azərbaycan məsələsini müzakirə etmək mümkün olmayıb və təxirə salınıb:
“Buna görə də məsələ nazirlərin növbəti iclasının gündəliyinə salınmalıdır”.