AB müdafiə xərclərini artırır

AB müdafiə xərclərini artırır

Avropa Birliyi (AB) ölkələri müdafiə xərclərini artırmaq qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə AB-yə üzv dövlətlərin başçılarının görüşünün yekunları üzrə qəbul edilmiş sənəddə deyilir.

Qeyd olunub ki, müdafiə hazırlığının yüksəldilməsi üzv dövlətlərdən əlavə səylər tələb edəcək.

Qurum AB Şurasına və Avropa Komissiyasına maliyyənin səfərbər edilməsinin mümkün variantlarını öyrənməyi və iyun ayına qədər bu barədə hesabat təqdim etməyi tapşırıb.

Eyni zamanda Avropa İnvestisiya Bankı AB-nin müdafiə sənayesinin kreditləşdirilməsi ilə bağlı siyasətini təkmilləşdirməli olacaq.

Teqlər: