AB Moskva-Pxenyan ittifaqına qarşı: Koreya və Yaponiya…

AB Moskva-Pxenyan ittifaqına qarşı: Koreya və Yaponiya…

Rusiya və Şimali Koreya arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi fonunda Avropa Birliyi (AB) Cənubi Koreya və Yaponiya ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, cari ilin sonuna qədər nazirlər səviyyəsində AB ilə ölkələr arasında saziş bağlana bilər.

Müqavilə müdafiə sənayesinə məhsulların birgə hazırlanmasına və satınalma coğrafiyasının genişləndirilməsinə imkan verəcək. AB, həmçinin kosmos, kibertəhlükəsizlik, dezinformasiya ilə mübarizə və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Yaponiya ilə ayrıca tərəfdaşlıq planına nüvə təhlükəsizliyi və tərk-silahı daxildir.

Teqlər: