AB missiyası Zodda növbəti patrul keçirdi

AB missiyası Zodda növbəti patrul keçirdi

Ermənistan-Azərbaycan sərhədinə bitişik Sotkda (Zod) AB müşahidəçiləri təhlükəsizlik vəziyyətini izləmək üçün patrul xidməti həyata keçiriblər.

AzerTimes xəbər verir ki, bu barədə AB-nin Ermənistanda yerləşən mülki müşahidəçilərinin yaydığı məlumatda deyilir.

“Patrul xidmətinin məqsədi təhlükəsizlik vəziyyətini izləmək və hesabat hazırlamaq, habelə münaqişənin təsirinə məruz qalan ərazilərdə insanların təhlükəsizliyinin təmin edilməsi prosesinə töhfə verməkdir”, – məlumatda deyilir.

Teqlər: