AB-nin Ermənistanda olan müşahidə missiyası Göyçə bölgəsinə səfər barədə X sosial şəbəkəsində məlumat yayıb, lakin sonra məlumatı silib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.
“AB mənzil-qərargahının mütəxəssisləri Göyçə bölgəsində EUMA patruluna qoşulub. Ümumi təhlükəsizlik və müdafiə siyasəti fəaliyyətdədir və missiyanın gələcəkdə necə fəaliyyət göstərəcəyi müzakirə edilir”, – mesajda deyilib.
Missiyanın dərc etdiyi fotoşəkillər onların Zod/Söyüdlü mədənində olduğunu göstərir.
Paylaşımın niyə silindiyi bilinmir.