Avropa Birliyinin Ermənistandakı Missiyasının (EUMA) rəhbəri Markus Ritter mayın 29-d missiyanın Gorusdakı əməkdaşları ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə EUMA X hesabında məlumat yayıb.
“Heyət, həmçinin, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Sevlic (Qaragöl) gölünə də baş çəkib”, – məlumatda deyilir.
Qeyd olunub ki, EUMA indiyədək 2300-dən çox patrul həyata keçirib.