AB-nin Ermənistandakı missiyası Azərbaycan Ordusunun müşahidəçilərə atəş açması xəbərini təkzib edib.
AzerTimes xəbər verir ki, bununla bağlı missiyanın X sosial şəbəkəsindəki rəsmi səhifəsində açıqlama yayılıb.
“AB-nin Ermənistandakı missiyasının heç bir patrulu atışmanın hədəfi olmayıb. Biz sərhəd bölgələrində patrul xidmətini həyata keçiririk və Brüsselə hərbi vəziyyət, o cümlədən məsuliyyət zonamızda baş verən atışma hadisələri barədə məlumat veririk”, – açıqlamada bildirib.