AB ölkələri öz sərhədlərində miqrantlara və sığınacaq axtaranlara qarşı getdikcə daha çox zorakılıq nümayiş etdirir.
AzerTimes xəbər verir ki, bunu Sərhəd Zorakılığının Monitorinqi Şəbəkəsinin baş siyasi analitiki Hope Barker deyib.
“Əlimizdə video-sübutlarımız, kadrlarımız, tibbi sənədlərimiz və 1000-dən çox ifadəmiz var. Və bu, yalnız toplaya bildiyimiz məlumatlardır. Təkcə ötən il miqrantların yalnız 5%-i Avropadan qovulma zamanı həddindən artıq zorakılığa məruz qalmadıqlarını bildiriblər. Ölkədən çıxarılmadan əvvəl təxminən 25 min miqrantın necə döyüldüyünü, alçaldıldığını və həbs edildiyini sənədləşdirmişik”, – o bildirib.
Şəbəkənin digər üzvləri birbaşa məsuliyyəti Avropa Komissiyasının üzərinə qoyublar:
“Komissiya insanları sığınacaq hüququndan məhrum edən üzv dövlətlərə qarşı fəaliyyətsiz qalır. Eyni zamanda, media azadlığı da təzyiqlə üzləşir. Bu proses təkcə potensial sığınacaq axtaran şəxslərə deyil, həm də sözügedən çətinlikləri işıqlandıranlara da təsir edir”.