AB Maskı böyük miqdarda cərimələyir

AB Maskı böyük miqdarda cərimələyir

AB Rəqəmsal Xidmətlər Aktını pozduğu üçün İlon Maskın X platformasını böyük məbləğdə cərimə etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, tənzimləyicilər 1 milyard dollardan çox məbləğin təyin edilməsi imkanını nəzərdən keçirir:

“Sosial şəbəkənin fəaliyyətində dəyişiklik edilməsi tələbi də müzakirə olunur. Qərarın 2025-ci ilin yayında açıqlanması gözlənilir”.

Mənbələrin sözlərinə görə, cərimə AB ilə ABŞ arasında gərginliyi artıra bilər, çünki Mask Prezident Donald Trampa yaxın hesab olunur.

Teqlər: