AB Maduronun qələbəsini tanımır

AB Maduronun qələbəsini tanımır

AB Venesuelada keçirilən son prezident seçkisində Nikolas Maduronun yenidən seçilməsini tanıya bilməz, çünki ölkənin seçki qurumu hələ rəsmi səsvermə qeydlərini təqdim etməyib.

AzerTimes xəbər verir ki, bu barədə AB Şurasının bəyanatında deyilir.

Qeyd olunur ki, AB Venesueladakı hadisələri böyük narahatlıqla izləməkdə davam edir:

“Beynəlxalq seçki müşahidə missiyalarının hesabatlarında iyulun 28-də keçirilmiş prezident seçkilərinin beynəlxalq seçki standartlarına cavab vermədiyi açıq şəkildə qeyd edilib”.

Xatırladaq ki, Venesuelada keçirilən seçkidə Maduro 51% səslə qalib gəlib. Bunun ardınca ölkədə müxalifət küçələrə axışıb və iğtişaşlar baş verib.

Teqlər: