AB Macarıstanı cəzalandırmağa hazırlaşır

AB Macarıstanı cəzalandırmağa hazırlaşır

AB Budapeşt Kiyevə hərbi yardımın ayrılması ilə bağlı razılığa gəlmədiyi təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” AB-nin daxili sənədlərinin birinə istinadən bildirib.

“Brüssel Macarıstan iqtisadiyyatında iş yerlərinə və onun artımına zərər vurmaq üçün ölkənin milli valyuta məzənnəsini (Macarıstan forinti – red.) endirmək və investisiya cəlbediciliyini azaltmaq niyyətindədir. AB bazarları qorxutmaq niyyəti ilə Budapeştə maliyyələşməni tamamilə dayandırdığını elan edə bilər”, – məlumatda deyilir.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Macarıstanın Baş naziri Orban AB-nin qərarına veto qoyaraq Ukraynaya yardım paketini əngəlləyib.

Teqlər: