Avropa Birliyi ölkədə ağır döyüşlər zamanı Livana yardım çatdırmaq üçün “humanitar hava körpüsü”nü işə salıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, İtaliya və Dubaydan Livana ləvazimatlar çatdırmaq üçün üç reys təşkil olunacaq. İlk yardım uçuşu Beyruta cümə günü çatdırılacaq.
Qeyd edək ki, ötən həftə AB Livana humanitar yardım xərclərini 30 milyon avro artırdığını bəyan edib.