AB liderləri İsraillə HƏMAS-a görə toplanır

AB liderləri İsraillə HƏMAS-a görə toplanır

Avropa Birliyi liderləri İsrail-HƏMAS müharibəsini müzakirə etmək üçün videokonfrans keçirəcəklər.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Şarl Mişel bildirib.

“Avropa Şurasının müqavilələrə və dəyərlərimizə uyğun olaraq ümumi mövqeyimizi formalaşdırması və mövcud vəziyyətin mürəkkəbliyini əks etdirən aydın, vahid fəaliyyət kursu qurması çox vacibdir”, – Mişel bildirib.

Qeyd edək ki, Avropa Şurasının fövqəladə iclası çərşənbə axşamı (17 oktyabr) videokonfrans vasitəsilə keçiriləcək.

Teqlər: