Avropa Şurasının yeni prezidenti Antonio Koşta və AB diplomatiyasının yeni rəhbəri Kaya Kallas ilk iş günlərini Kiyevə səfərlə başlayıblar.
AzerTimes xəbər verir ki, bu barədə Antonio Koşta özünün X səhifəsində məlumat yayıb.
“Mandatımızın ilk günündən biz Ukrayna xalqının sarsılmaz dəstəyini bir daha təsdiqləyirik. Mən Kaya Kallas və Marta Kosla (AB-nin genişlənmə üzrə komissarı) Kiyevdə olmaqdan qürur duyuram”, – Koşta bildirib.