AB liderləri getdikcə ABŞ-ı daha çox tənqid edir

AB liderləri getdikcə ABŞ-ı daha çox tənqid edir

ABŞ-ın avropalı müttəfiqləri qitəni Çindən “ayırmaq” siyasətinə, eləcə də AB iqtisadiyyatına zərər vuran digər qərarlarına görə Vaşinqtonu getdikcə daha çox tənqid edirlər.

AzerTimes xəbər verir ki, bu barədə Çinin “Qlobal Tayms” qəzetində qeyd edilib.

Bildirilib ki, avropalı siyasətçilərin ABŞ-ın Çinlə bağlı mövqeyi ilə razılaşmadıqları son bəyanatlarından da görünür:

“Avropanın ticarət üzrə komissarı Valdis Dombrovskis Çindən “ayrılmağın” Avropa biznesi üçün bir seçim olmadığını bildirib, həmçinin inflyasiyanın azaldılması üçün nəzərdə tutulan, lakin əslində avtomobil sənayesi və AB-nin bərpa olunan enerji sənayesinə qarşı ayrı-seçkilik təşkil edən yeni Amerika qanununu tənqid edib.

Oxşar mövqeyi Almaniya kansleri Olaf Şolts da açıqlayıb. Onun fikrincə, ABŞ-ın mübahisəli qanunu “böyük tarif müharibəsi” təhlükəsini yaradır”.

Teqlər: