AB konsert təşkil etdi, “Gürcü Arzusu” gəlmədi

AB konsert təşkil etdi, “Gürcü Arzusu” gəlmədi

Gürcüstan hökuməti AB səfirinin təşkilatçılığı ilə Avropa Günü şərəfinə Tiflisdə təşkil olunan qala-konsertə gəlməyib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

“Gürcüstan hökuməti Rustaveli Teatrında Avropa Günü şərəfinə keçirilən qala-konsertdə iştirak etməyib”, – məlumatda vurğulanıb.

AB-nin Gürcüstandakı səfiri Pavel Gerçinskinin sədrliyi ilə keçirilən tədbirdə baş nazir və kabinet üzvləri üçün yerlər boş qalıb.

Gecəyə Gürcüstan Prezidenti Salome Zurabişvili gəlib.

Teqlər: