Ukraynanın qəbulu prosesini sürətləndirən Avropa Birliyi Kiyevə Balkan ölkələrinin heç vaxt yararlanmadığı dəstəyi verir.
AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Mən ukraynalılara qarşı deyiləm. Bununla belə, AB-nin Ukraynaya göstərdiyi dəstək, müraciətdən bir il sonra ona namizəd statusu verməsi və potensial olaraq gələn il üzvlük danışıqlarına başlaması göstərir ki, bizə belə siyasi dəstək olmayıb”, – Vuçiç bildirib.