AB Kiyevdə “müdafiə və innovasiya ofisi” açmaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
“Ukrayna getdikcə Avropa təhlükəsizlik sistemində iştirak edəcək, məsələn, üç həftə ərzində təqdim edəcəyimiz müdafiə sənayesi strategiyasına daxil ediləcək. Biz müdafiə və innovasiya ofisini açacağıq”, – Leyen bildirib.