AB KİV haqqında mühüm qanun layihəsi hazırlayır

AB KİV haqqında mühüm qanun layihəsi hazırlayır

Avropa Komissiyası redaksiyaların siyasi hakimiyyətlərdən və sənaye maqnatlarından müstəqilliyinə təminat verən qanun layihəsi hazırlayır.

AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının sədr müavini Vera Yourova deyib.

“Bu qanun sərt mübarizə olacaq. Bəzi AB dövlətləri mediaya təsir etmək istəyirlər, komissiyanın onların hakimiyyətini qəsb etmək istədiyini iddia edəcəklər. Bəzi media sahibləri indiki vəziyyətdən faydalanır, qışqıracaqlar ki, biz onların biznesini baltalayırıq”, – Yourova bildirib.

Qanun layihəsinin gələn həftənin sonuna kimi Avropa Komissiyası tərəfindən təqdim ediləcəyi bildirilib.

Məlumata görə, “KİV azadlığı haqqında qanun”un ilkin variantında mediaya sahiblik məsələsində şəffaflıq tələbi qoyulub və reqlamentlərə əməl edilmədiyi təqdirdə AK-yə Avropa səviyyəsində hüquqi prosedura başlamaq imkanı verir.

Teqlər: