Qırmızı dənizdə gəmilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Avropa Birliyi missiyasının komandanlığı İtaliyaya həvalə olunub.
AzerTimes xəbər verir ki, bu barədə İtaliya müdafiə naziri Quido Krozetto bildirib.
O qeyd edib ki, AB İtaliyadan Qırmızı dənizdə “Aspides” əməliyyatına rəhbərliyi üzərinə götürməsini istəyib.