AB işğalçının tərəfini tutur – Şəfiyev

AB işğalçının tərəfini tutur – Şəfiyev

Avropa Birliyi (AB) rəsmilərinin son açıqlamaları və onun təsisatlarının hərəkətləri qurumun işğalçının tərəfini tutduğunu göstərir.

AzerTimes xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev X hesabında yazıb.

Brüsselin Ermənistanın müdafiəsinə qalxdığına diqqət çəkən F.Şəfiyev vurğulayıb ki, 30 illik işğal dövründə AB heç vaxt Azərbaycan ərazilərinin azad edilməsinə belə dəstək verməyib.

“Avropa Birliyi müəyyən dəyərləri müdafiə etmək üçün ağlabatan arqumentlərə malik olmasına baxmayaraq, Qlobal Cənubun Avropanın birgə fəaliyyət çağırışlarına biganə qalması təəccüblü olmamalıdır. Siz ikili standartlar nümayiş etdirə, mənəvi və ya hüquqi üstünlük tələb edə bilərsiniz”, – o yazıb.

Qeyd edək ki, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycanın mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb.

Teqlər: