Avropa Birliyinə (AB) üzv ölkələrin xarici işlər nazirləri yanvarın 23-də İranın 37 rəsmisinə sanksiya tətbiq edəcəklərini bildiriblər.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, İran rəsmiləri insan haqlarını pozduqlarına görə sanksiyaya məruz qalacaqlar.
Sanksiyalar nəticəsində bu şəxslərin AB-yə daxil olmasına icazə verilməyəcək, onların Avropadakı bütün aktivləri dondurulacaq.