AB İranı sanksiya ilə hədələdi

AB İranı sanksiya ilə hədələdi

Əgər ölkədə vəziyyət dəyişməsə, AB İrana yeni sanksiya tətbiq edə bilər.

AzerTimes xəbər verir ki, bu sözləri İspaniya XİN rəhbəri Xose Manuel Albares “İspaniya, Avropa Birliyi və Aralıq dənizi” forumundakı çıxışında deyib.

“AB üzvlərinin xarici işlər nazirlərinin sonuncu toplantısında qurumun ali nümayəndəsi Jozep Borrellin rəhbərliyi ilə bu situasiya ilə bağlı İrana ilk sanksiya paketi qəbul edildi. Əlbəttə, əgər situasiya dəyişməsə, biz İranı ittiham etməyə və sanksiya tətbiqinə davam edəcəyik”, – o bildirib.

Qeyd edək ki, İranda sentyabrın ortalarında 22 yaşlı Məhsa Əmininin baş örtüyünü düzgün bağlamadığı üçün əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranda aksiyalar başlayıb. Aksiyalara hüquq-mühafizə orqanları sərt müdaxilə edirlər. İndiyə qədər onlarla aksiyaçı qətlə yetirilib.

Teqlər: