AB insan hüquqlarının pozulmasına görə yeddi yüksək vəzifəli İran vətəndaşına qarşı sanksiya tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə AB Şurasının saytında bildirilib.
Belə ki, dövlət ittihamçısı Seyid Məhəmməd Musvian, əyalət cinayət məhkəməsinin hakim müavini və müşaviri Əli Zare Buri və ədliyyə orqanlarının digər nümayəndələri məhdudiyyətlərə məruz qalıb.
Bundan əlavə, son bir ildə xalq iğtişaşlarının yatırılmasında və məhbusların cəzalandırılmasında iştirak edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə də sanksiya tətbiq edilib.