AB ilə Rusiyanın “Zəngəzur davası” qızışır

AB ilə Rusiyanın “Zəngəzur davası” qızışır

Avropa Birliyinin Qərbi Zəngəzurda (Sünikdə) əməliyyat mərkəzlərinin yaradılması ilə bağlı bəyanatı Rusiyanın Qafanda baş konsulluq açmaq planına cavabdır.

AzerTimes xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq Suren Surenyants deyib.

O bildirib ki, əslində, avropalı müşahidəçilər də İran konsulluğunun artıq fəaliyyət göstərdiyi və Rusiya konsulluğunun açılması nəzərdə tutulan Qafanda yerləşir:

“Mən yeni mərkəzlərin məhz geosiyasi rəqabət kontekstində açıldığını istisna etmirəm”.

O qeyd edib ki, AB-nin monitorinq missiyası müəyyən çəkindirici rol oynasa da, nə ritorika, nə də ilkin olaraq hakimiyyətin elan etdiyi fəaliyyət baxımından Azərbaycana kifayət qədər təsir etməyib.

AB-nin yeni mərkəzlər elan etməsi fonunda Almaniya Bundestaqının Xarici əlaqələr komissiyasının rəhbəri Mixael Rotun da verdiyi açıqlama diqqət çəkib:

“Ümid edirik ki, Azərbaycan da öz tərəfində oxşar missiyanın fəaliyyətinə razılıq verəcək, lakin indiyədək Azərbaycandan heç bir nikbin siqnal almamışıq”.

Qeyd edək ki, ötən gün AB-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Markus Ritter AB missiyasının yaxın aylarda Cermuk, İcevan və Keşişkənddə üç əlavə əməliyyat mərkəzi açmağı və yaxın gələcəkdə tədricən tam hazır vəziyyətə gətirməyi planlaşdırdığını bildirib.

Teqlər: