Avropa Birliyi Türkiyə ilə danışıqlar prosesində ikili standartlar nümayiş etdirir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Avropa Komissiyasının AB-nin genişlənməsi haqqında məruzəsinə cavab olaraq bildirib.
“AB bizə mövcud əngəlləri və ziddiyyətləri aradan qaldırmağa imkan verəcək danışıqlar prosesini siyasiləşdirmək və bloklamaqda davam edir”, – XİN-in cavabında qeyd olunub.