Avropa Birliyinin “Frontex” sərhəd nəzarəti agentliyi öz hərbçilərini Rusiya ilə sərhədə göndərə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Finlandiya mətbuatında məlumat yayılıb.
Hərbçilərin nə vaxt Finlandiya ilə Rusiya sərhədinə göndəriləcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, daha öncə Finlandiya hökuməti Rusiya ilə 4 sərhəd keçid məntəqəsini bağlayacağını bəyan edib.