AB Fitsonu cəzalandırır: Slovakiyanın pulu kəsiləcək

AB Fitsonu cəzalandırır: Slovakiyanın pulu kəsiləcək

Avropa Birliyi Slovakiyanı demokratik normaların pozulmasına görə cəzalandırmaq təklifi üzərində işləyir. Bu, qurumun Bratislavaya ayrılan vəsaiti kəsməsi ilə nəticələnə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Avropa Komissiyası Slovakiya Baş naziri Robert Fitsonun AB fondları ilə bağlı korrupsiya işlərinə baxan xüsusi prokurorluğu ləğv etdiyi üçün prosedura başlamaq barədə qərar hazırlayıb”, – məlumatda qeyd olunub.

Məlumata görə, proses ilkin mərhələdədir və komissiya rəhbəri Ursula fon der Leyenin təsdiqini tələb edir.

Agentlik xatırladıb ki, Slovakiyadakı bütün dövlət investisiyalarının təxminən 80%-i AB fondları tərəfindən maliyyələşdirilir.

Teqlər: