AB Ermənistana gələn həftə missiya göndəcək – Leyen

AB Ermənistana gələn həftə missiya göndəcək – Leyen

Avropa Birliyi gələn həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra Tvitter hesabında yazıb.

“AB Ermənistan üçün etibarlı tərəfdaşdır. Gələn həftə sülh və sabitliyi təşviq etmək üçün Ermənistana 100 nəfərdən ibarət missiya göndəriləcək. Biz demokratik islahatlar üzrə əldə edilən irəliləyişi alqışlayırıq və iqtisadi investisiya planımızın bir hissəsi olaraq potensialı inkişaf etdirməyə davam edəcəyik”, – o bildirib.

Teqlər: