AB erməni şirkətinə sanksiya tətbiq etdi

AB erməni şirkətinə sanksiya tətbiq etdi

AB Rusiyaya qarşı tətbiq etdiyi 11-ci sanksiyalar paketinə Ermənistanın “Taco” şirkətini də əlavə edib.

AzerTimes xəbər verir ki, şirkətin adı sanksiya tətbiq olunmuş şirkətlərin siyahısında olub.

“Taco” MMC elektron məhsulların satışı ilə məşğul olur. Şirkətin Rusiyaya texnologiya avadanlıqları satdığı bildirilir.

Məlumata görə, siyahıya həmçinin Çin, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri və Suriya şirkətləri də daxildir.

Teqlər: