Azərbaycanda qarşıdan gələn seçki proqnozlaşdırıla bilən görünür. Bu, bəzilərinin onların əhəmiyyətinə şübhə ilə yanaşmasına səbəb ola bilər. Lakin Qərb müşahidəçiləri Prezident İlham Əliyevin gözlənilən qələbəsinə praqmatik prizmadan baxmalıdırlar. Qərb tərəfdaşları ilə münasibətlərdə vaxtaşırı sərtliyə baxmayaraq, Əliyevin Administrasiyası təlatümlü regionda sabitləşdirici qüvvə kimi ardıcıl olaraq çıxış edib. Bu dinamika Qərbin mürəkkəblikləri nəzərə alaraq, Azərbaycanın Avropa sərhədində oynadığı rolu dərk edərək Bakı ilə konstruktiv münasibətləri davam etdirməsinin zəruriliyini vurğulayır.
AzerTimes xəbər verir ki, bu barədə italiyalı analitik Mauritsio Cerinin “International Policy Digest” saytında Azərbaycanın regionda sabitləşdirici roluna dair məqaləsində deyilir.
“Rusiyanın Ukraynaya təcavüzündən sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən, Avropaya qaz ixracını sürətlə artıran ən mühüm ölkələrdən birinə çevrildi. Bakı həmçinin Ukraynaya yardım edir və minatəmizləmə əməliyyatlarında təcrübə mübadiləsi aparır. Bununla belə, Bakının bəzi qonşuları Moskvaya meyl edirlər. Xüsusilə İrəvan Qərbdən ikili istifadə texnologiyalarını idxal və sonra yenidən ixrac etməklə sanksiyalardan yan keçməyə kömək edir. Bu manevr regionun mürəkkəb geosiyasətini vurğulamaqla yanaşı, Azərbaycanın münaqişənin yaratdığı enerji böhranının aradan qaldırılması istiqamətində Avropanın səylərində əsas müttəfiq kimi rolunu vurğulayır. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin 1990-cı illərdən Ermənistan tərəfindən işğal olunmuş Qarabağ regionu ilə bağlı saziş reallaşmaq ərəfəsindədir. Qərb tarixi nizamlanmaya töhfə verəcəyi təqdirdə Əliyevin hakimiyyətdə qalmasında maraqlıdır. Qarabağla bağlı yenilənmiş münaqişə regional güclərin Rusiya, İran və Türkiyəni geosiyasi münaqişəyə cəlb etmək, İsrail və HƏMAS arasında toqquşmanın daha geniş çaxnaşmaya səbəb ola biləcəyi bir vaxtda gərginliyi daha da gücləndirmək üçün acınacaqlı perspektiv yaradır. Bu kəsişmənin sabitləşdirilməsi son dərəcə vacibdir. Əliyevin növbədənkənar seçkiyə başlamaq qərarı bəzi analitiklərdə maraq doğurub. Qərb Azərbaycandakı seçkinin rəqabət mühitini tənqid etsə də, bu cür yanaşma daxili siyasətin mürəkkəbliyini doğru qiymətləndirməyə bilər. Hətta birləşmiş, güclü müxalifət də çətin mübarizə ilə üzləşə bilər, çünki hazırda Qarabağın qaytarılmasından sonra Əliyev ümummilli razılığa malikdir. Bu məsələ ictimai əhval-ruhiyyəni və onun siyasi mövqeyini gücləndirdi”, – analitik bildirib.
O qeyd edib ki, Cənubi Qafqazda baş verən son geosiyasi dəyişikliklər Qərbin maraqlarına üstünlük verir:
“Xüsusən də Avropanın enerji təhlükəsizliyi baxımından. Bölgə təkcə enerji tədarükçüsü kimi deyil, həm də Asiyadan Avropaya quru yüklərin daşınması üçün strateji körpü rolunu oynayır, bu, dəniz alternativlərindən daha sürətli və daha əlverişli marşrutdur. Hazırda o, Avropaya gedən ən əlverişli quru yolu olaraq qalır, digər marşrutlar isə İran və Rusiyadan keçir. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Azərbaycandan Ermənistan ərazisindən keçməklə NATO ölkələrinə yeni yükdaşıma xətlərinə yol aça, ticarət dəhlizinin imkanlarını artıra və regionu transkontinental ticarət üçün kritik arteriyaya çevirə bilər. Hər iki ölkədə liderliyin davamlılığı sülhə nail olmaq və iqtisadi fayda əldə etmək üçün çox vacibdir. 2021-ci il seçkisindən sonra millətçilərin Qarabağın itirilməsi ilə bağlı fikir ayrılığına, Əliyevin yenidən prezident seçilə biləcəyinə baxmayaraq, Paşinyanın postunu qoruyub saxlaması ilə paralel sabitlik kifayət qədər proqnozlaşdırıla bilər. Bu ikitərəfli sabitlik seçkidən sonra münasibətlərin tezliklə həllinə yaxşı təsir göstərir. Bu, hər iki administrasiyadan diplomatik qələbələrdən kənara çıxan və uzunmüddətli rifah, regional əməkdaşlığa kömək edən strateji möhkəmlik tələb edir”.