
Avropa Birliyi (AB) dəfələrlə cənab Nikolas Maduronun legitimliyinin olmadığını bildirib və hakimiyyətin sülh yolu ilə ötürülməsini dəstəkləyib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas X hesabında ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyata münasibət bildirərkən deyib.
K.Kallasın sözlərinə görə, o, ABŞ Dövlət katibi Marko Rubio, eləcə də AB-nin Karakasdakı səfiri ilə danışıqlar aparıb:
” İstənilən halda beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərinə əməl edilməlidir. Biz təmkinli olmağa çağırırıq”, – o yazıb.
K.Kallas AB vətəndaşlarının təhlükəsizliyinə xüsusi diqqət çəkərək, onların müdafiəsinin Avropa Birliyi üçün əsas məsələ olduğunu vurğulayıb.

