AB-dən ukraynalılar üçün xoş xəbər

AB-dən ukraynalılar üçün xoş xəbər

Avropa Birliyi (AB) ukraynalılar üçün pulsuz rouminq müddətini daha bir il uzadıb.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.

Qeyd olunub ki, müvafiq razılıq Avropa Komissiyasının yardımı ilə yeddi Ukrayna və 22 Avropa mobil operatoru arasında əldə olunub.

Elektron rabitə üzrə Avropa tənzimləyiciləri orqanı sazişin effektivliyini qeyd edib, çünki bu, transsərhəd zənglər üçün sərfəli xidmətlərin göstərilməsinə imkan verir.

Teqlər: