AB-dən Ukrayna dəstək: silah satan şirkətlərlə anlaşma…

AB-dən Ukrayna dəstək: silah satan şirkətlərlə anlaşma…

Avropa Birliyi (AB) Ukraynanı dəstəkləmək üçün silah istehsalçıları ilə ilkin satınalma müqavilələri bağlamağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“COVID-19 pandemiyasında gördüyümüz işi təkrarlamalıyıq. O zaman biz dərman şirkətlərindən istehsalı artırmaq üçün nəyə ehtiyac olduğunu soruşmuşduq. İndi də müdafiə sənayesi şirkətləri ilə satınalma müqavilələrini nəzərdən keçirə bilərik. Beləliklə, sözügedən şirkətlər istehsalı daha da artırmaq və daha sürətli təhvil vermək imkanı əldə edə bilərlər. Bizim Ukraynanı bu cür vasitələrlə dəstəkləməyimiz çox vacibdir”, – Leyen bildirib.

Teqlər: