AB-dən Türkiyə ilə bağlı mühüm çağırış

AB-dən Türkiyə ilə bağlı mühüm çağırış

AB Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və Ukraynadakı münaqişənin geosiyasi nəticələrindən sonra Türkiyə ilə konstruktiv əməkdaşlıq etməyə çağırır.

AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Faynənşl Tayms” qəzeti AB-nin diplomatik sənədinə istinadən məlumat yayıb.

“AB Türkiyə ilə münasibətlərdə təsirini gücləndirməyə və artırmağa diqqət yetirə bilər. Dəyişən geosiyasi kontekst fonunda AB-Türkiyə münasibətlərində yaxın və orta müddətli perspektivdə irəliləyişin müzakirə edilməsi vacibdir”, – məlumatda deyilir.

Qeyd olunur ki, viza rejiminin liberallaşdırılması və Türkiyənin blokun Gömrük İttifaqında iştirakı ilə bağlı irəliləyişlər də mümkündür:

“Lakin bunun üçün Ankara məlumat mübadiləsi və antiterror qanunvericiliyi, eləcə də Brüsselin proteksionist hesab etdiyi ticarət məsələləri ilə bağlı tədbirlər görməlidr”.

Teqlər: