AB-dən Tayvandakı seçkilərə reaksiya

AB-dən Tayvandakı seçkilərə reaksiya

Avropa Birliyi Tayvanda keçirilən seçkilərə dəstək verib.

AzerTimes xəbər verir ki, bu barədə AB bəyanat verib.

Bildirilib ki, AB səsvermədə iştirak edən bütün seçiciləri təbrik edir, lakin Tayvan boğazında gərginliyin artması ilə bağlı narahatlığını davam etdirir.

“Boğazda sülh və sabitlik təkcə region üçün deyil, bütün dünya üçün vacibdir”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Tayvanda parlament seçkiləri də baş tutub. Parlament seçkilərində Çin millətçiləri qalib gəlsə də, prezident seçilərini Tayvanın müstəqilliyini istəyən hazırkı hakim partiya qazanıb.

Teqlər: