AB-dən Serbiyanı sevindirəcək qərar: cəzalandırıla bilər

AB-dən Serbiyanı sevindirəcək qərar: cəzalandırıla bilər

Avropa Birliyi (AB) ölkənin şimalında serblərin yaşadığı bələdiyyələrdə son dövrlərdə atdığı addımlara görə Kosova hökumətinə qarşı cəza tədbirlərini artıra bilər.

AzerTimes xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano deyib.

Son günlərdə Serbiya və Kosova arasında artan gərginliyi şərh edən Peter Stano bildirib ki, ötən il ölkənin şimalındakı gərginliyi azaltmaqla bağlı addım atmadığı üçün AB-nin Kosovaya tətbiq etdiyi cəza tədbirləri hələ də qüvvədədir:

“Həm AB, həm də Kosovanın bütün beynəlxalq tərəfdaşları Priştina administrasiyasını mənfi, birtərəfli və razılaşdırılmamış addımlar atmamağa çağırır. Kosova hökumətinin bu mesajları eşidəcəyinə və vəziyyəti dəyişəcəyinə ümidvarıq”.

Teqlər: