Avropa Birliyi Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasına reaksiya verib.
AzerTimes xəbər verir ki, bu barədə danışan Avropa Birliyinin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell raket buraxılışını kəskin şəkildə pislədiklərini bildirib.
O qeyd edib ki, belə hərəkətlər beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir.