AB-dən “İrini” əməliyyatı ilə bağlı qərar

AB-dən “İrini” əməliyyatı ilə bağlı qərar

Avropa Birliyi (AB) Aralıq dənizində Liviyaya qarşı silah embarqosuna nəzarət bəhanəsi ilə həyata keçirdiyi mübahisəli “İrini” əməliyyatının müddətini 31 mart 2025-ci ilə qədər uzadıb.

AzerTimes xəbər verir ki, bu barədə AB Şurası məlumat yayıb.

Bildirilib ki, əməliyyatda ələ keçirilən silahların və əlaqədar materialların məhv edilməsinin asanlaşdırılmasına qərar verilib.

Bununla yanaşı, 1 aprel 2023-cü il – 31 mart 2025-ci il tarixləri arasında “İrini” əməliyyatının xərclərinin 19 milyon 921 min avro olduğu vurğulanıb.

Qeyd edək ki, silah embarqosuna nəzarət müddəti 2023-cü ilin martın 31-də başa çatırdı. Qəbul edilən son qərarla bu müddət daha 2 il uzadılıb.

Teqlər: