Ermənistan və Azərbaycan sərhədin delimitasiyası üzrə danışıqları aktivləşdirməlidir.
AzerTimes xəbər verir ki, bu barədə AB məlumat yayıb.
“Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada götürülmüş öhdəliklərə əməl edilməlidir. AB sərhədlərin delimitasiyası üzrə danışıqların intensivləşdirilməsinə çağırır və buna dəstək verməyə hazırdır”, – məlumatda deyilir.
Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.